Səhiyyə naziri Ekaterine Tikaradze fəaliyyətinə bu gündən rəsmi olaraq başladı.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Ekaterine Tikaradze müavinləri, departament rəhbərləri və başqa əməkdaşlarla görüşür.
Hansı struktur dəyişkiliklərinin planlaşdırıldığı görüşdən sonra məlum olacaq. Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, bu mərhələdə kadr dəyişiklikləri planlaşdırılmır.
O, ictimaiyyətlə fəal komminikasiyaya hazır olduğunu bəyan etdi.