Ekaterine Tikaradze bəyan edir ki, Gürcüstan koronavirusa qarşı vaksinayı martın sonunda alacaq
Ekaterine Tikaradze bəyan edir ki, Gürcüstan koronavirusa qarşı vaksinayı martın sonunda alacaq

Müəyyən olunmuş, konkret vaksina yoxdur, ancaq bütün istiqamətlərdə çalışırıq ki, ölkəyə koronavirusa qarşı hərhansı vaksina gətirilsin, – bu barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

Onun dediyinə görə, koronavirusa qarşı vaksina Gürcüstana martın sonunda gətiriləcək.

“Hazırda mövcud olan vaksinlərin komponentlərinin öyrənilməsi davam edir, belə ki, ölkə hərhansı vaksinayı qəbul etməyə hazır olacaq.

Hazırda bizə vaksinayı verməyi vəd edən dünya bazarları tez-tez dəyişirilirlər, bundan irəli gələrək də, əhaliyə vaksina haqqında doğru məlumat verilməlidir. Vaksinanın Gürcüstana martın sonundan gətiriləcəyi ehtimal olunur” – dedi Ekaterine Tikaradze.