Ekaterine Tikaradze - Ailə üzvüm vəfat etdi və yenə də jurnalistlər tərəfindən mənə və ailəmə qarşı təzyiq davam edir
Ekaterine Tikaradze - Ailə üzvüm vəfat etdi və yenə də jurnalistlər tərəfindən mənə və ailəmə qarşı təzyiq davam edir

Ailəmə qarşı jurnalistlər tərəfindən təzyiq və mənəvi zorakılıq edilir və bu heç düzgün deyil, – bu bəyanatı Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze Koordinasiya Şurasının İclası başa çatdıqdan sonra verdi.

“Təəssüf ki, şəxsi bəyanat vermədən dura bilməyəcəm, çünki bu faktı diqqətsiz buraxa bilmərəm. Ölkədə belə ağır vəziyyət olduğu sürədə, hərkəs başa düşür ki, ən çətin vəziyyətdə Səhiyyə Nazirliyidir. Bəzi jurnalistlər tərəfindən ailəmə zorakılq və təzyiq edilir və düşünürəm ki, bu düzgün deyil və bunu etməyə haqqları yoxdur. Mənə verilən hər bir təbii ki, sual cavablandırılmalıdır, ancaq suallar mənim ailəmə, uşaqlarıma toxunursa, bu düzgün deyil”, – dedi Səhiyyə Naziri.

Nazirin dediyinə görə, ailəsinə qarşı təzyiq bugün də davam edir.

“Ailəmizdə ağır gündür. Ailə üzvlərimdən biri vəfat etdi və jurnalistlər bu vəziyyətdən belə mənə və ailəmə mənəvi zorakılıq üçün istifadə edirlər. Jurnalistlərin söz azadlığına hörmət edirəm və efirə çıxan heç bir süjetə cavab vermirəm. Əlbəttə ki, bütün suallara mən cavab verməliyəm, ancaq ailəm deyil. Əminəm ki, bu məsələdə ictimaiyyət də mənə dəstək verəcək” – dedi Səhiyyə Naziri.