Ekaterine Sxildaze - Xalq Müdafiyəçisi narkosiyasətin liberalizasiyasını salamlayır
“Xalq Müdafiyəçisi hesab edir ki, narkosiyasət istiqamətində mövcud olan qanunvericilik insan hüquqlarının qorunması prinsiplərinə uyğunlaşdırılmış deyil”, – bu barədə bəyanatı Xalq Müdafiyəçisinin müavini Ekaterine Sxiladze, Daxili İşlər və Ədliyyə nazirlərinin iştirak etdiyi İdarələrarası iclas başlayana qədər verdi.
Ekaterine Sxiladze qeyd etdi ki, mövcud olan cəza tədbirləri narkomaniya xəstələrinin reabilitasiyasına və sağlam reaksiya imkanlarına mane olur.
“Xalq Müdafiyəçisi hesab edir ki, narkosiyasət daha humanist və insan hüquqlarının qorunması prinsiplərinə daha müvafiq olmalıdır. Hazırda mövcud olan qanunvericilik isə, insan hüquqlarının qorunması prinsiplərinə müvafiq deyil” – dedi Ekaterine Sxiladze.