Ekaterine Dqebuadze - məktəblərdə təhlükəsizlik məqsədilə müvafiq qaydalar yazılıb
Təhsil naziri müavini, Ekaterine Dqebuadze bəyan edir ki, məktəblərdə təhlükəsizlik məqsədilə müvafiq qaydalar yazılıb.
“Bütün məktəblər Səhiyyə Nazirliyi, Xəstəliklərə Nəzarət Milli Mərkəzi tərəfindən rekomendasiya edilmiş lazımı resursla təchiz olunub.
Təhlükəsizlik məqsədilə müvafiq qaydalar yazılıb. Təhsil Nazirliyi validenylərə seçim imkanını verir. Əgər valideyn istəsə öz övladını distansiyalı tədris formatında saxlasın, məktəbə ərizə ilə müraciət etməlidir və ya müvafiq veb-səhifədə qeydiyyatdan keçməlidir.
Tədris prosesinin monitorinqinə gəldikdə, bu mövzu ilə bağlı Təhsil Nazirliyi bilavasitə qoşulub”, – Dqebuadze bəyan edir.
15 fevradan Tbilisi, Kutaisi və Rustavidə tədris prosesi sinif otaqlarında bərpa olunacaq.