Eka Xerxeulidze İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi sədri müavinliyindən imtina etdi
Eka Xerxeulidze İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi sədri müavinliyindən imtina etdi

Gürcüstan Parlamentinin İnsan Hüquqları Müdafiəsi və Mülki İnteqrasiya Komitəsində bu gün qeyd olunan komitənin sədrini seçməli idilər. Qeyd olunan vəzifəyə “Milli Hərəkatın” nümayəndəsi, Eka Xerxeulidze təqdim olunmuşdu. Lakin o, komitənin iclasında bəyan etdi ki, vəzifəni tutmaq arzusunda deyil və razıdır ki, onu başqa müxalifət nümayəndəsinə təklif etsinlər.

Eka Xerxeulidzenin bəyanatından sonra, komitənin sədri, Mixeil Sarcveladze qeyd olunan vəzifəyə fraksiyasız deputatın, Giorgi Qaxariyanın komandası üzvü, Ana Buçukurinin namizədliyini adlandırdı.

Qeyd olunan məsələ üzrə səsvermə güman edildiyinə görə, komitənin iclasının sonunda keçiriləcək.