Eka Sepaşvili - "Yayımçılıq haqqında qanun"da dəyişiklikləri Avropa Komissiyası, eləcə də Avropa Şurası ilə razılaşdırdıq, dəyişikliklər Avropa İttifaqının tövsiyəsi ilə şərtlənmişdi
“Xalqın Gücü”nün üzvü, deputat Eka Sepaşvili “Yayımçılıq haqqında qanun”da edilən dəyişikliklərlə bağlı bildirir ki, dəyişikliklər Avropa İttifaqının tövsiyəsi olub və hakim komanda məhz bu direktivə əməl edib.
“Yayımçılıq haqqında qanun”da dəyişiklikləri Avropa Komissiyası, eləcə də Avropa Şurası ilə razılaşdırdıq. Bu dəyişikliklər Avropa İttifaqının Gürcüstanda audio-vizual direktivin tətbiqi ilə bağlı tövsiyəsi ilə şərtlənmişdi. Bu, media məkanında və cəmiyyətdə nifrət, terrorizmə çağırışı qadağan etmək məqsədi daşıyır. Bu o deməkdir ki, sübut mexanizmi ilə yanaşı, tənzimləmə mexanizmi də mütləq olmalıdır. Bu, Aİ tərəfindən birbaşa tövsiyə olunur və prosesi tənzimləməlidir. Mən bunda narahatedici heç nə görmürəm” – deyə Sepaşvili bildirib.