Eka Sepaşvili - Mixeil Saakaşvilinin din atası Rusiyaya gedirsə, istisna etmirəm ki, o, Saakaşvilinin hansısa ismarıclarını verməyə gedir
Mixeil Saakaşvilinin din atası Rusiyaya gedirsə, istisna etmirəm, o, Saakaşvilinin hansısa ismarıclarını verməyə gedir. Məndə heç bir məlumat yoxdur, yaxşısı odur ki, ondan soruşun ki, niyə gedib, – bu haqda “Xalqın Gücü” partiyasının üzvü Eka Sepaşvili, din xadimi Nikolozun Moskvaya səfəri ilə bağlı açıqlayıb.
Onun sözlərinə görə, bu, Patriarxlığın rəsmi səfəri deyil, şəxsi səfərdir və hər kəs şəxsi səfərə gedə bilər.
“Kilsə bayramını təbrik etmək üçün Rusiyaya gedən şəxs Mixeil Saakaşvilinin din atasıdır. Bu, Patriarxlığın rəsmi səfəri deyil, şəxsi səfərdir. Fərdi şəxsin istədiyi yerə getmək hüququ var və əgər Mixeil Saakaşvilinin din atası Rusiyaya gedirsə, istisna etmirəm ki, o, Moskvaya Saakaşvilinin hansısa ismarıclarını çatdırmaq üçün gedir. Bu haqda məlumatım yoxdur. Niyə getdiyini ondan soruşmaq daha yaxşıdır. Mən bu faktı ölkələr arasında siyasi münasibətlər nöqteyi-nəzərindən qiymətləndirə bilmərəm, çünki bu, fərdi bir şəxsin özəl səfəridir. Nə olsun ki, Sinodun üzvüdür. İstənilən şəxs şəxsi səfər edə bilər. Əgər o, rəsmi şəkildə, Patriarxlığın adı ilə getsəydi və bu barədə Patriarxlığın saytında məlumat olsaydı, o zaman başqa məsələdir”, – Eka Sepaşvili bildirib.
“Saakaşvili nə ismarıc yollaya bilərdi” sualına – Eka Sepaşvili belə cavab verir: “Bilmirəm, yarızarafatlı bir ehtimal irəli sürdüm, belə ki, onun dini atasıdır”.