Eka Beselia - "Yayımçı haqqında qanun"-daki bütün uzunmüddətli prinsiplər Avropa standartlarına müvafiqdir
Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Eka Beselia bəyan edir ki, “Yayımçı haqqında qanun”-da qalan bütün uzunmüddətli perspektivi olan prinsiplər Avropa standartlarına müvafiqdir.
Jurnalistlərlə söhbərt zamanı Eka Beselia dəyişikliklərin hazırlanması prosesi haqqında danışdı və qeyd etdi ki, işçi qrupu qanunlayihə üzərində bir il ərzində işləyirdi.
“Bu layihənin təşəbbüskarları öz mövqelərini qanunun hazırladığı müddətdə də bildirə bilərdilər. Hərkəsin öz mövqeyini bildirməsi təbiidir. Yəqin ki, son qərarı gələn həftə verə biləcəyik və motivləşdirilmiş iradların müzakirəsi davam edəcək.
Şəxsən mənim mövqeyimdir ki, “Yayımçı haqqında qanun”-da uzunmüddətli perspektivlə qalan bütün prinsiplər Avropa standartlarına müvafiqdir. Avropanın yayımçılar ittifaqı da bunu dəfələrlə təsdiqlədi. Qanunlayihədə Avropa standartlarına müvafiq olmayan heç bir maddə yoxdur. Bizim məqsədimiz odur ki, İctimai Televiziyanın xalq tərəfindən böyük dəstəyi olsun” – dedi Eka Beselia.