Eka Beselia - Ədliyyə şurasının müstəqilliyinə heçkəs qarışa bilməz, ancaq bu demək deyil ki, şura ictimaiyyət qarşısında məsuliyyət daşımır
Eka Beselia - Ədliyyə şurasının müstəqilliyinə heçkəs qarışa bilməz, ancaq bu demək deyil ki, şura ictimaiyyət qarşısında məsuliyyət daşımır

Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Eka Beselianın bəyanatına görə, Ədliyyə Şurası müstəqil olmalıdır və onun qərarlarına kimsə qarışmamalıdır, ancaq bu demək deyil ki, onun ictimaiyyət qarşısında məsuliyyəti yoxdur.

Jurnalistlərlə söhbət zamanı Eka Beselia baş nazirin verdiyi bəyanata səsləndi və qeyd etdi ki, ölkə başçısı olduqca böyük diqqət tələb edən bir məsələ ilə bağlı əhəmiyyətli bəyanat verdi.

“Qanunun aliliyinə hörmət edirik və Ali Ədliyyə Şurasının qərarlarına kimsə qarışmır, ancaq bu demək deyil ki, biz parlament olaraq, bütün proseslərə kənardan laqeyid şəkildə baxırıq” – dedi Eka Beselia.

Eka Beselia hesab edir ki, hərhansı bir hakimin müddətsiz təyin edilmə qərarı xüsusi ilə böyük məsuliyyət tələb edir.