Eka Beselia - Ictimai Yayımçının islahatlarını dəstəkləməyə hazırıq
Parlamentin hüquqi məsələlər üzrə komitənin sədri Eka Beselianın bəyanatına görə, parlament əksəriyyətinin “Yayımçı haqqında” qanunlayihəyə qoyulan vetoya qarşı durmaq üçün yetərli resursu var.
Onun dediyinə görə, fərqli mövqeləri olan kolleqaların olduğuna görə, bu məsələyə yenə qayıdılacaq ki, daxili konsensunsa nail olunsun.
Beselia qeyd etdi ki, prezidentin iradlarında yeni heç birşey yoxdur.
“Bu məsələ üzərində bir il ərzində mütəxəssislərlə, tərəflərlə və Avropalı mütəxəssislərlə bərabər işlədik. Prezidentin qeydlərində isə, bilmədiyimiz, yeni birşey yoxdur. Elə ciddi bir arqument yoxdur ki, qanunlayihə yenidən müzakirə edilsin. Sözün düzü, mən başa düşmürəm nəyə görə bu qanunlayihə “Konstitusiyaya uyğun deyil”?! Biz istəyirik ki, İctimai Yayımçıda keçirilən islahatlar əhalinin maraqlarına xidmət etsin və bu islahatlara dəstək veririk”, – dedi Beselia.