Eka Beselia - Emre Çabukun Türkiyəyə ekstradisiyası ilə bağlı qərar mütləq qanuna müvafiq olmalıdır
Parlamentin Hüquqi Məsələləri üzrə komitəsinin sədri Eka Beselia bəyan edir ki, Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiyasının məqbul olub-olmadığı haqqında məhkəmə qərarı mütləq qanuna müvafiq olmalıdır.
“Bu məsələ ilə bağlı böyük maraq var. Belə işlər ölkə üçün bir növ testdir və ona görə də, Avropa İnsan Hüquqları və Azadlıq konvensiyasına müvafiq olan qərarlar verməliyiz. Biz siyasətçilər məhkəməyə hansı qərarı verəcəyini diktə edə bilmərik, ancaq sadəcə onu bilirəm ki, belə işlərlə bağlı qərarlar beynəlxalq konvensiyaya və qanuna müvafiq şəkildə verilməlidir”.- dedi Eka Beselia.
Mustafa Emre Çabukun Türkiyəyə ekstradisiya məsələsini məhkəmə bugün müzakirə edəcək.