Parlamentin hüquqi məsələlər üzrə komitəsinin sədri Eka Beselia hesab edir ki, “Yayımçı haqqında qanun” artıq emosyonal və siyasi məna götürdü.
Jurnalistlərlə söhbət zamanı Eka Beselia prezidentin bugünki bəyanatına səsləndi və qeyd etdi ki, bu məsələ haqqında müzakirə hüquqi arqumentlərlə aparılmalıdır.
“Təəsüf ki, İctimai Televiziyadaki islahatları siyasi məsələyə çevirməyə çalışırlar. Bizim məqsədimiz isə, odur ki, yayımçıda aparılan islahatların qanuni dəstəyi olsun. Təbii ki, bu proseslə bağlı çalışmalar davam edəcək. Prezidentin bəyanatına gəlincə isə, biz də onun leksikasını bəyənmirik” – dedi Eka Beselia.
Parlament prezident tərəfindən veto qoyulan “yayımçı haqqında qanunu” sabahki plenar iclasda müzakirə edəcək.