Ehtimala görə, "Magticom" və "Geocell" dempinq qiymətlərindən istifadə edirlər
İlkin məlumata görə, Magticom və Geocell konsolidasiyalı tenderdə iştirak edən təşkilatlara və idarələrə aşağı qiymətlə xidmət edəcəklər.
Komunikasiyaların Milli Kommissiyasının məlumatına görə, konsolidasiyalı tender xidməti çərçivəsində 2017-ci ildə, Magticom -un halında, zərər 32 204 577 lari təşkil etdi. Geocell-in halında isə, – 7 781 581 lari idi. Qeyd olunan zərəri şirkətlər digər mənbələrdən balanslaşdırırlar.
Tənzimləmə komisiyası elektron komunikasiya haqqında qanunun və komissiyanın qərarının pozulmasını göstərir. Ancaq, şirkətlərin xahişi ilə, məsələnin müzakirəsi martın 15-nə qədər təxirə salındı.
Pozuntunun təsdiqləndiyi halda, “Magticom”və Geocell-ə xəbərdarlıq veriləcək.