Əgər Anaklia limanı layihəsini mövcud olan konsorsium həyata keçirə bilmirsə, layihə dövlət tərəfindən davam etdirilməlidir
– Bu barədə bəyanatı parlamentin sədri Arçil Talakvadze verdi.
Onun dediyinə görə, dövlət Anaklia layihəsinə xeyli yardım etdi və öz üzərinə düşən öhdəlikləri yerinə yetirdi.
Arçil Talakvadze qeyd etdi ki, şərtlərin yerinə yetirilməsi məqsədilə hökümət konsorsiumun müddətini bir neçə dəfə uzatdı.
“Dövlətin bütün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda, bütün sualları dövlətə yönləndirmək yanlış və əsassızdır. Həmçinin, spekuliyasiyalar edilirdi ki, güya konsorsiumun müqaviləsi kəsiləcək, ancaq gördünüz ki, konsorsium müddəti yenə uzadıldı. Liman infrastrukturu ölkəmiz üçün çox əhəmiyyətlidir və əgər konsorsium bu layihəyi yerinə yetirə bilmirsə, layihənin gələcəyi üzərində dövlət işləməyə davam etməlidir” – dedi Talakvadze.