Əfv işinə görə prezident sorğu olunacaq ya yox
Əfv işinə görə prezident sorğu olunacaq ya yox

“Beynəlxalq Şəffaflıq – Gürcüstanın” icraçı direktoru, Eka Qiqauri hesab edir ki, məhkumların əfv edilməsi faktı üzrə başlamış istintaq çərçivəsində Gürcüstan prezidenti sorğu olunmalıdır. Əks təqdirdə istintaqın formal forması olacaq.

Eka Qiqaurinin bəyan etdiyinə görə, bu vaxta qədər bəyanat verilməyib ki, minə qədər insandan 30 nəfərin işi hansı prinsiplə seçildi.

Bununla yanaşı Qiqaurinin dediyinə görə, əfv prezidentin hüququdur, lakin korrupsiya riskləri istisna olunmalıdır.

Gürcüstan Baş Prokurorluğu Salome Zurabişvili tərəfindən məhkumun əfvi faktı üzrə istintaqa başladı.