Əfqanistanda partlayış nəticəsində ən az altı polis əməkdaşı həlak oldu
Əfqanistanda partlayış nəticəsində ən az altı polis əməkdaşı həlak oldu.
Partlayış Əfqanistanın qərbində, Balx əyalətində baş verdi.
“Tolonyusun” məlumatına görə, “Taliban” terorist qruplaşması Balx əyalətinin kəndlərindən birində yerləşən blok-posta hücum etdi.
Əyalətin qubernatoru bəyan edir ki, qarşıdurma üç saat ərzində davam edirdi.
Abu-Ali-Sina xəstəxanasının nümayəndələri bəyan edirlər ki, xəstəxanalara yeddi ölü və beş yaralı polis gətirildi.
Ancaq yerli polis nümayəndələrinin məlumatına görə, sadəcə altı polis əməkdaşı həlak olub.
Edilən hücumla bağlı məsuliyyəti “Taliban” terorist qruplaşması hələ üzərinə götürməyib.