Əfqanistanda Pakistan vizası üçün yaranan izdihamda 11 nəfər həlak olub
Əfqanistanda Pakistan vizası üçün yaranan izdihamda 11 nəfər həlak olub

Əfqanistanda Pakistan vizasını almaq üçün yaranan izdihamda 11 nəfər həlak olub.

BBC-nin məlumatına görə, insindent Cəlilabad şəhərində baş verib. Viza üçün növbədə yüzlərlə insan dururmuş.

Viza istəyənlərin çoxluğuna görə, vizalar konsulluqda deyil, stadionda verilirdi.

Afqanistan dövləti Pakistana vizalarının verilməsini bir neçə gün bundan öncə bərpa etdi.

Bu proses pandemiyaya görə, yeddi ay dayandırılmışdı.

BBC-nin yaydığı məlumata görə, izdiham nəticəsində, xəsarət alanlar arasında qadınlar və uşaqlar da var.

Bir çox əfqanistanlı Pakistana qohumlarının yanına gedir.

Onların əksəriyyəti qonşu dövlətə müalicə üçün, bir hissəsi isə, iş üçün gedir.