Əfqanistanda jurnalist və qadın hüquqlarını qoruyan aktivist Malalay Mayvand qətlə yetirildi
Əfqanistanda jurnalist və qadın hüquqlarını qoruyan aktivist Malalay Mayvand qətlə yetirildi.
“Royterin” məlumatına görə, radyo və televiziya jurnalisti Malalay Mayvand Cəlalabadda sürücüsü ilə bərabər maşında güllələnib.
Cəlalabad əyalətinin qubernatorunun məlumatına görə, hücumün həyata keçirildiyi saatda jurnalist ofisinə gedirdi.
Jurnalistin qətli ilə bağlı məsuliyyəti heç bir teror təşkilatı üzərinə götürməyib.
“Talibanın” mətbuat katibi Zabihulla Mucahid qruplaşmanın bu hücumla bir əlaqəsinin olmadığını bildirdi.
Malalay Mayvand cari ilə, Əfqanistanda qətlə yetirilən 10-cu jurnalistdir.
Qeyd edilməlidir ki, beş il bundan əvvəl Mayvandın, həmçinin qadın hüquqlarını qoruyan aktivist olan anası da silahlı şəxslər tərəfindən qətlə yetirilmişdi.