Əfqanıstanda qalan Gürcüstan vətəndaşları təhlükəsiz yerdədilər və yola düşməyi gözləyirlər
Əfqanıstanın paytaxtı Kabildə, Kanada şirkətlərinin birində işlə təmin olunan Gürcüstan vətəndaşları, hansılar da bu vaxta qədər vətənə qayıda bilmirdilər, artıq aeroportdadılar. Bu barədə məlumatı onlar sosial şəbəkəsi vasitəsilə yaydılar.
“Aeroportdayıq! Zənglərə cavab verə bilmirik, nə də smslər. Gürcüstanda görüşənədək!”, – onların yaydığı postunda yazılıb.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyində təsdiq edirlər. İdarədən Gürcüstanın Birinci Kanalına bəyan etdilər ki, Əfqanıstanda qalan Gürcüstan vətəndaşları təhlükəsiz yerdədilər və yola düşməyi gözləyirlər.
Əfqanıstandan Gürcüstana cəmi 16 vətəndaş qayıtdı.
Gürcüstanınm Birinci Kanalına Əfqanıstanda olan Gürcüstan vətəndaşlarından biri telefon söhbət zamanı təsdiq etdi. Onun dediyinə görə, aeroporta qədər təhlükəsiz dəhliz və zirehli maşınlar vasitəsi ilə aparıldılar.