Suiqəstçi-terorist özünü Bəhram aviabazasının yanında partladıb.
Əfqanistanın Tolo News-unun yaydığı məlumata görə, terakt nəticəsində həlak olanların sayı 30-dur və hamısı dinc əhalidəndir.
Yerli hakimiyyət nümayəndələrindən birinin Reuters agentliyinə verdiyi məlumata görə, hücum edənlər teraktdan sonra aviabazaya daxil olmağa çalışırdılar, ancaq xarici qüvvələr onlara müqavimət göstərərək, mane oldular.
NATO-nun Əfqanistandaki nümayəndələri bəyan edirlər ki, koalisiya qüvvələrindən kimsə zərər görməyib, ancaq yerli əhali üçün tikilən tibb mərkəzi ciddi zərər görüb.
Bəhram aviabazasına edilən hücum üçün heç bir teror təşkilatı üzərinə məsuliyyəti götürməyib.