Ədliyyə Nazirliyi - İnsan alverinə qarşı mübarizədə Gürcüstan hələ də birinci yerdədir
Ədliyyə Nazirliyi - İnsan alverinə qarşı mübarizədə Gürcüstan hələ də birinci yerdədir

ABŞ Dövlət Departamenti dünya miqyasında insan alverinə qarşı mübarizə ilə bağlı 2021-ci ilə olan  hesabatı  dərc edib. Hesabata əsasən , dövlətlər tərəfindən insan alverinə qarşı görülən tədbirlərə görə Gürcüstan dünya miqyasında hələ də birinci yerdədir. Gürcüstan Ədliyyə Nazirliyi bu barədə məlumat yayır.

Onların verdiyi məlumata görə, Gürcüstan qiymətləndirilən 190 ölkə arasında insan alverinə qarşı mübarizə standartlarına tam cavab verən ölkələrdən biridir , insan alverinə qarşı ardıcıl və koordinasiyalı tədbirlər həyata keçirməyə davam edir.

“ABŞ Dövlət Departamenti qeyd edir ki, Gürcüstan, Covid-19-un yaratdığı pandemiya və çətinliklərə baxmayaraq, insan alverinə qarşı güclü və davamlı səylər göstərməyə davam edir və bu da ölkənin müsbət qiymətləndirilməsinə gətirib çıxarır – Gürcüstan 4 ballıq reytinq sistemi ilə  ən yüksək  qiymətləndirməyə malikdir.

İnsan alverinə qarşı effektiv mübarizə baxımından Gürcüstan AB ölkələri – Avstriya, Belçika, Çexiya , Estoniya, Fransa, Finlandiya, Litva, Lüksemburq, Hollandiya, İspaniya, İsveç, Sloveniya və İngiltərənin yanında qərarlaşıb.

Gürcüstan bu ildə  Şərq Tərəfdaşlığı  ölkələri arasında birinci yeri tutan yeganə ölkədir.

ABŞ-ın dövlət hesabatında  müsbət qiymətləndirildi: İnsan Alverinə Qarşı Mübarizə üzrə 2021-2022 Fəaliyyət Planının 2 dekabr 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin rəhbərliyi altında İnsan Alverinə Qarşı Mübarizə Şurası tərəfindən qəbul edilməsi; Qurumlararası Şuranın rəhbərliyi ilə yaradılmış Vahid Məlumat Strategiyası çərçivəsində insan alverinin qarşısının alınması tədbirləri koordinasiya edilmiş şəkildə həyata keçirilir  ; Gürcüstan Hökumətinin insan alverinin qarşısının alınması, habelə cinayətlərin müəyyənləşdirilməsi, günahkarların məsuliyyətə cəlb edilməsi , qurbanların aşkarlanması və onlara kömək göstərilməsi üçün səyləri; İnsan Alverinə Qarşı Mübarizə üzrə Qurumlararası Şuranın tərkibindəki daimi qrupun fəaliyyətinin aktivləşdirilməsi.

Amerika Birləşmiş Ştatları, Gürcüstanın Ədliyyə Nazirliyinin evsiz uşaqları müəyyənləşdirmək üçün işləyən və yetkinlik yaşına çatmayanların trefikinq hallarının aşkarlanmasını artırmağı hədəfləyən təşəbbüsünü alqışlayır. Hesabatda dövlətin evsiz qalan və zorakılığa məruz qalan uşaqlara – şəxsiyyət vəsiqələri və doğum şəhadətnamələri verməsi faktı da müsbət qiymətləndirilir.

ABŞ, həmçinin Əmək Müfəttişliyi Xidmətinin yaradılmasını və xidmətin insan alveri də daxil olmaqla əmək hüquqlarını aşkar etmək üçün səlahiyyətlərinin artırılmasını alqışlayır.

ABŞ Dövlət Departamentinin hesabatında  insan alverinə qarşı mübarizədə ən yüksək balla qiymətləndiirlmiş irəliləyiş ,  trefikinqə qarşı mübarizənin qurumlararası şurasının effektiv fəaliyyətinin nəticəsidir. Şuraya Gürcüstanın ədliyyə naziri rəhbərlik edir və tərkibinə bütün aidiyyəti dövlət qurumlarının nümayəndələri,  Xalq Müdafiəçisi Aparatı,  ABŞ-ın Gürcüstandakı səfirliyi , qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri daxildir “-deyə Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub.