Ədliyyə Nazirliyi - 2008-ci ilin müharibəsi işi üzrə Gürcüstan Strasburq Məhkəməsində Rusiyaya qarşı növbəti tarixi qələbəsini qazandı
Ədliyyə Nazirliyi - 2008-ci ilin müharibəsi işi üzrə Gürcüstan Strasburq Məhkəməsində Rusiyaya qarşı növbəti tarixi qələbəsini qazandı

2008-ci ilin müharibəsi işi üzrə Gürcüstan Strasburq məhkəməsində Rusiyaya qarşı növbəti tarixi qələbə qazandı – Gürcüstan Ədliyyə Nazirliyi bildirir.

İdarənin məlumatında qeyd edildiyi kimi, Avropa İnsan Haqları Məhkəməsi Rusiyaya müharibə zamanı zərər çəkmiş 24 min nəfər Gürcüstan vətəndaşının xeyrinə 130 milyon avro ödəmə  öhdəliyini qoydu.

“2008-ci ilin avqust müharibəsində Rusiyanın Gürcüstan əhalisinə qarşı törətdiyi qanun pozuntularına dair sübutların hərtərəfli təhlilindən sonra Gürcüstan hökuməti 2022-ci il yanvarın 20-də Strasburq Məhkəməsinə zərərçəkmişlərə təzminat ödənilməsi ilə bağlı hərtərəfli hüquqi mövqe və sübutlar təqdim etdi.

Avropa İnsan Haqları Məhkəməsi Rusiya Federasiyasına müharibə zamanı zərər çəkmiş 24 minədək Gürcüstan vətəndaşının xeyrinə 130 milyon avroya qədər ödəmə öhdəliyini qoydu.

Qərarın icrası proseduru Avropa Şurası Nazirlər Komitəsində davam etdiriləcək və Rusiya təzminat ödədikdən sonra pul zərərçəkənlərə paylanacaq.

Gürcüstan Ədliyyə Nazirliyi sübutların toplanmasında iştirak edən dövlət qurumlarına təşəkkür edir.

Gürcüstan hökuməti dövlətin maraqlarını beynəlxalq məhkəmələrdə fəal şəkildə qorumağa yenə də davam edəcək və bu barədə ictimaiyyətə daim məlumat veriləcək”, – Ədliyyə Nazirliyinin məlumatında deyilir.