Ədliyyə nazirinin müavini tibb müəssisəsinin müvafiq avadanlıqlarla təchiz olunmadığından Mixeil Saakaşvilinin məhkəmədə distansional iştirakının mümkün olmadığını bildirir
Ədliyyə nazirinin müavini tibb müəssisəsinin müvafiq avadanlıqlarla təchiz olunmadığından Mixeil Saakaşvilinin məhkəmədə distansional iştirakının mümkün olmadığını bildirir

 
Ədliyyə nazirinin müavini Beka Dzamaşvili məhkum Mixeil Saakaşvilinin hüquqlarının heç bir mərhələdə pozulmadığını və nazirliyin məhbusun hüquqlarını qorumağa davam edəcəyini açıqlayır.

“Mixeil Saakaşvilinin məhkəmə prosesində distansional iştirakı niyə mümkün olmadı? ” sualına ədliyyə nazirinin müavini cavabında bildirib ki, tibb müəssisəsi texniki cəhətdən təchiz olunmayıb.

“Məhkəmədə proses gedir və istənilən məsələ ilə bağlı məhkəmə qərar verməlidir. Ədliyyə Nazirliyi və Penitensiar Xidmət bu məsələdə çox açıqdır. Bunun sübutu 1500-dən çox ziyarətçinin olmasıdır.Hər gün ziyarətçilər, ailə üzvləri, vəkillər, Gürcüstan qanunvericiliyinə uyğun olaraq Mixeil Saakaşvilini ziyarət etmək hüququ olan bütün şəxslər onu ziyarət edirlər. Bu, sistemin açıq olduğunu sübut edir, sistemin gizlədəcəyi heç nə yoxdur. Gürcüstan hökuməti bütün beynəlxalq təşkilatlara, vaxtilə müzakirə olunarkən Avropa Məhkəməsinə, bu məsələylə maraqlanarkən Birləşmiş Millətlər Təşkilatına, Avropa İttifaqına ətraflı məlumat verir” -deyə Beka Dzamaşvili açıqlayıb.

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə məhkəmə prosesi keçirilib. Müdafiə tərəfi Mixeil Saakaşvilinin prosesdə distansional iştirakını tələb edib, lakin hakim Qiorqi Arevadze məhkəmə iclasında Xüsusi Penitensiar Xidmətin məktubunu oxuyub, məktuba əsasən, Xüsusi Penitensiar Xidmət məhkum Saakaşvilinin distansional iştirakını təmin etmək imkanından məhrumdur.