Ədliyyə naziri bu gün parlamentdə Milli Arxivin təkmilləşdirilmiş infrastrukturundan danışıb
Ədliyyə naziri Rati Breqadze bu gün Gürcüstan parlamentinin plenar iclasında “Nazir saatı” formatında Gürcüstanın Ədliyyə Nazirliyinin Milli Arxivinin təkmilləşdirilmiş arxiv infrastrukturu haqqında danışıb.
“Arxivin rəqəmsallaşdırılması və yeni infrastruktur yenilənməsi davam edir. Belə ki, Qoridə regional arxiv binasının tikintisinə başlanılıb, Duşetidə yeni Mtsxeta-Mtianeti arxivinin yeni binasının layihələndirilməsi işləri davam etdirilir. İlin sonuna qədər Xaşuri arxivinin binasının bərpası başa çatacaq” – deyə Rati Breqadze bildirib.