Ədliyyə Evi - texniki nasazlıq səbəbilə Ədliyyə Evinin şöbələrində bəzi xidmətlər üzrə ləngimə var
Ədliyyə Evi - texniki nasazlıq səbəbilə Ədliyyə Evinin şöbələrində bəzi xidmətlər üzrə ləngimə var

 

Texniki nasazlıq səbəbilə Ədliyyə Evinin şöbələrində bəzi xidmətlər üzrə ləngimə var. Bu barədə Ədliyyə Evinin yaydığı bəyanatda qeyd olunub.

Qurumdan verilən məlumatda texniki nasazlığın aradan qaldırılması istiqamətində intensiv iş aparıldığı deyilir.

“Ədliyyə Nazirliyinin sistemindən asılı olmayaraq yaranan qlobal texniki nasazlığa görə “Milli Dövlət Reyestri Agentliyi”, “Gürcüstan Milli Arxivi”, “Milli İcra Bürosu” və “Gürcüstan Notariat Palatası”nın xidmətləri üzrə Ədliyyə Evinin şöbələrində ləngimə var. Bununla yanaşı, “Dövlət Xidmətlərinin İnkişafı Agentliyi”nin xidmətləri də qismən məhdudlaşıb.

Xətanın aradan qaldırılması üçün intensiv iş aparılır. Xidmətlərin göstərilməsi prosesi yenilənən kimi Ədliyyə Evinin rəsmi “Facebook” səhifəsinə məlumat yerləşdiriləcək” – deyə məlumatda qeyd olunub.

Ədliyyə Evi ləngiməyə görə vətəndaşlardan üzr istəyir.