Ədliyyə Evi - işlər dayandırıldığı üçün hazır sənədləri Səyyar Ədliyyə Evinin mikroavtobuslarından, Varketili və Qldanidəki Ədliyyə Evlərindən əldə etmək olar
Ədliyyə Evində partlayıcı maddənin olması barədə anonim məlumat daxil olub, bunun əsasında təxliyə elan edilib”, – qurumun bəyanatında deyilir.
“Bildirmək istərdik ki, Tbilisinin Mərkəzi Ədliyyə Evində iş prosesinin dayandırılması ilə əlaqədar saat 17:00-dan etibarən Tbilisinin Mərkəzi Ədliyyə Evinin dayanacağında yerləşən Səyyar Ədliyyə Evi mikroavtobuslarından hazır sənədləri qəbul etmək mümkündür.
Tbilisinin Varketili və Qldani ədliyyə evlərindən də xidmət almaq mümkündür.
Tbilisinin Ədliyyə Evi partlayıcı maddənin olması ilə bağlı anonim məlumat əsasında boşaldılıb. Sözügedən məlumat dərhal -112-yə ötürülüb.
Protokol qaydalarına riayət olunmaqla işçilər dərhal binadan ayrı təhlükəsiz yerə təxliyə ediliblər.
İş prosesinin bərpası ilə bağlı əlavə məlumat Ədliyyə Evinin rəsmi “Facebook” səhifəsində dərc olunacaq. Yaranmış narahatlığa görə üzr istəyirik”, – deyə məlumatda bildirilir.