Edqars Rinkeviçs - Gürcüstandan asılıdır, NATO ilə hansı miqyasda əməkdaşlıq etmək istəyir, lakin biz həmişə onun NATO və Avropa Birliyinə daxil olmasını dəstəkləyirik
Gürcüstandan asılıdır, NATO ilə hansı miqyasda əməkdaşlıq etmək istəyir, lakin biz həmişə onun necə NATO, eləcə də Avropa Birliyinə daxil olmasını dəstəkləyirik, – bu barədə Buxarestdə Latviyanın Xarici İşlər naziri, Edqars Rinkeviçs bəyan etdi.
Elə onun dediyinə görə, bu, partnor ölkələrə sabitliyin möhkəmləndirilməsində və islahatların həyata keçirilməsində yardım etməyə hazır olduqları barədə ismarıc olacaq, lakin çox şey bu ölkələrin özlərindən asılıdır.
“Dünən biz 2008-ci ildə Buxarest sammitinin qərarları haqqında çox danışdıq. Hamı xatırladı ki, Ukrayna və Gürcüstana NATO-ya üzvlük vəd edilmişdi. İndi sual budur ki, 14 il əvvəl burada, Buxarestdə verilən bu vədi həyata keçirmək üçün bizim hansı siyasi planımız var. Partnyor ölkələrimizə əsas ismarıc ondan ibarət olacaq ki, biz sabitliyin möhkəmləndirilməsinə, islahatların həyata keçirilməsinə yardım etməyə hazırıq, lakin sözsüz ki, çox şey bu ölkələrin özlərindən asılıdır”, – Edqars Rinkeviçs bəyan etdi.