Edqars Rinkeviçs - Avropa Komissiyasının qiymətləndirməsini gözləyirik, Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyirik, həmçinin Gürcüstan və Moldovanı da dəstəkləyirik
Edqars Rinkeviçs - Avropa Komissiyasının qiymətləndirməsini gözləyirik, Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyirik, həmçinin Gürcüstan və Moldovanı da dəstəkləyirik

 

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin sözlərinə görə, Latviya Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyir, həmçinin Gürcüstan və Moldovanı da dəstəkləyir.

Lakin, Edqars Rinkeviçsin Aİ-yə namizəd ölkə statusu ilə bağlı Gürcüstanın Birinci Kanalına dediyi kimi, o, Avropa Komissiyasının qiymətləndirməsini gözləyir.

“Biz komissiyanın qiymətləndirməsini gözləyirik. Bildiyiniz kimi, biz Ukraynaya namizəd ölkə statusunun verilməsinin çox istəyirik və həmçinin Gürcüstan və Moldovanı da çox dəstəkləyirik. Cavabım belədir- mən Avropa Komissiyasının qiymətləndirməsini görmək istəyirəm” –deyə Edqars Rinkeviçs bildirib.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili mayın 10-da Avropa Komissiyasının sorğu vərəqəsinin ikinci hissəsini Aİ nümayəndəliyinin rəhbəri Karl Hartselə təqdim edib.