EBRD Kveşeti-Kobi tunelinin inşaatı üçün 60 milyon dollarlıq maliyyə vəsaiti ayırıb
Şimal-Cənub dəhliz magistralının bir hissəsi olan 9 kilometrlik Kveşeti-Kobi tunelinin inşaatı üçün, Avropa Rekonstruksiya və İnkişaf Bankı (EBRD) 60 milyon dollarlıq maliyyə resursunu təsdiqlədi.
İnfrastruktur Nazirliyinin məlumatına görə, Kveşeti-Kobi tunelinin inşaatı üçün, Asya İnkişaf Bankı (ADB) da 415 milyon dollar ödəyib.
Hökümətin ayırdığı maliyyə vəsaiti isə, 83.6 milyon ABŞ dolları olacaq.
Cəmi olaraq, beynəlxalq bankların həm-maliyyələşdirilməsi nəticəsində, 2 xəttli asfalt-betonlu 22,7 kilometrlik yol, 6 körpü və 5 tunel inşaat edilməlidir.
Qeyd olunan layihəyə 9 kilometrlik tunel də daxildir.