EBRD Enquri hidro-elektrostansiyasının reabilitasiyası üçün 28 milyon avro ayıracaq
Bugün Gürcüstan və Avropanın Rekonstruksiya və İnkişaf Bankı (EBRD) arasında “Enquri hidro-elektro-stansiyasının” reabilitasiyası haqqında müqavilə imzalandı.
Bu barədə məlumatı Maliyyə Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, sənədi Gürcüstanın Maliyyə naziri Mamuka Baxtadze və Avropanın Rekonstruksiya və İnkişaf Bankının Moldova və Gürcüstandaki regional direktoru Bruno Balvanera imzaladılar.
Qeyd edək ki, bu layihə üçün, 2017-ci ilin dekabr ayında, Avropa İttifaqı qrant şəklində yeddi milyon avro ayırdı.