Easyjet aviaşirkəti Gürcüstandan uçuşlara başlayır

15:24, 18.09.2024

Britaniyanın büdcəli aviaşirkəti “EasyJet” Gürcüstandan uçuşlara başlayır.

Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə Gürcüstana səyahət təklif edən və ölkənin görməli yerləri barədə məlumat verən videoçarx hazırlayıb.

Uçuşlar 2025-ci ilin yazından başlayacaq. Bu mərhələdə aviaşirkət Gürcüstanın paytaxtından London, Milana və Cenevrəyə uçuşlar həyata keçirəcək. Artıq aviaşirkətin saytında aviabilet almaq mümkündür.

Tbilisidən Cenevrəyə ilk uçuş martın 31-də həyata keçiriləcək. Aviaşirkət həftədə iki dəfə bu istiqamətə uçuşlar həyata keçirir. Aprelin 1-dən London Luton və Milan Malpensa hava limanlarına da uçuşlar həftədə iki dəfə başlayacaq.

Oxşar