Dəniz mövsümünün açılışı ilə bağlı 4–5 iyul tarixlərində Anakliyada tədbirlər keçiriləcək
Anakliyada dəniz mövsümü 4–5 iyul tarixlərində rəsmi olaraq açılacaq.
İki günlük proqram çərçivəsində həm yerli əhali, həm də Gürcüstanın müxtəlif bölgələrindən və xaricdən gələn ziyarətçilər üçün müxtəlif mədəni, idman və əyləncə tədbirləri keçiriləcək.
Dəniz mövsümünün açılışı tədbirinin təşkilatçıları Sameqrelo–Yuxarı Svaneti üzrə dövlət nümayəndəsinin administrasiyası, Zuqdidi bələdiyyəsi, Gürcüstanın Milli Turizm Administrasiyası və DMO Sameqrelo-dur.
4 iyul
15:00 – festival məkanının açılışı
15:00 – idman tədbirləri
15:30 – günorta konserti
20:00 – “Ursa” qrupu orkestr ilə birlikdə
21:30 – DJ Giga Papaskiri
5 iyul
15:00 – festival məkanı
15:00 – günorta konserti
19:30 – Linda Adamia və 1/4 qrupu
21:00 – duet “Georgia”
22:30 – elektron musiqi
Məlumatı Sameqrelo–Yuxarı Svaneti üzrə dövlət nümayəndəsinin administrasiyasının mətbuat xidməti yayıb.