Dünyanın ilk üzən külək elektrik stansiyası artıq elektrik enerjisini istehsal edir
Külək elektrik stansiyası Şotlandiyanın şərqində yerləşir. Stansiyanı “Statoil” Norveç energetika nəhəngi inşa etdi.
Turbinin hər bir qanadının uzunluğu 75 metrdir. Konstruksiyanın dəniz səthindən hündürlüyü 180 metrə çatır, dərinliyi isə 80 metrdir. Stansiyada altı meqavat gücündə 5 külək turbini quraşdırılıb.
“Statoil”-in turbinləri elektrik enerji ilə 20 000 evi təmin edəcəkdir.