Ümumdünya Səhiyyə Təşkilatı - Koronavirusla mübarizəyi qazanmaq mümkündür
Ümumdünya Səhiyyə Təşkilatı - Koronavirusla mübarizəyi qazanmaq mümkündür

Bəşəriyyət COVİD-19-la mübarizədə məğlub olmur, nəticədə biz bu virusu məğlub edəcəyik, – bu bəyanatı Ümumdünya Səhiyyə təşkilatının nümayəndəsi Maria Van Kerxov verdi.

Bu haqda məlumatı “The Guardian” yayır.

Onun dediyinə görə, virusun mutasiyası demək deyil ki, bəşəriyyət virusla mübarizədə məğlub oldu.

“Biz həyat üçün mücadələ edirik. Ancaq əmin olmalıyıq ki, bir-birimizlə deyil, virusla mübarizə aparırıq. Biz bu virusu və onun yeni növü ilə mübarizədə qalib olacağıq” – dedi Maria Kerxov.