Ümumdünya Səhiyyə Təşkilatı - Bütün faktlar sübut edir ki, koronavirus heyvanlardan yayıldı və laboratoriyada yaradılmayıb
Ümumdünya Səhiyyə Təşkilatı - Bütün faktlar sübut edir ki, koronavirus heyvanlardan yayıldı və laboratoriyada yaradılmayıb

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, bütün faktlar sübut edir ki, koronavirus heyvanlardan yayıldı və o laboratoriyada sünii şəkildə, yaradılmayıb.

“Hazırki mərhələdə koronavirus mənbəyinin müəyyənləşdirilməsi qeyri-mümkündür, ancaq əldə olan faktlar sübut edir ki, o sünii şəkildə, laboratoriyada yaradılmayıb və böyük ehtimalla heyvanlardan, daha doğrusu yarasalardan yaranıb” –  deyilir Ümumdünya Səhiyyə təşkilatının bəyanatında.

Təşkilatın mətbuat katibinin Fadela Çaibinin dediyinə görə, hərkəs əsassız teoriyalara deyil, faktlara əsaslanmalıdır.

Xatırladaq ki, ona qədər “Foks nyus” məlumat yaymışdı ki, yeni koronavirus infeksiyasına ilk yoluxan şəxs Vuhan şəhərindəki virusologiya institutunun əməkdaşı idi.