Dünya Patriarxı Bartlome, Rusiya və Ukraynanı girovların mübadiləsinə çağırıb
Dünya Patriarxı Bartlome, Rusiya və Ukraynanı girovların mübadiləsinə çağırıb

Dünya Patriarxı Bartlome, Rusiya və Ukraynanı girovların mübadiləsinə çağırıb.

Hərbi əsirlər ilə rəftar üzrə Ukrayna Koordinasiya Şurası bildirir ki, dünya Patriarxı Pasxa bayramı ilə əlaqədar bütün girovların mübadiləsinin zəruriliyini vurğuladı.

Bundan əvvəl ictimai təşkilatlar dini liderlərə müraciət edərək, hərbi əsirlərin mümkün qədər tez vaxta azadlığa buraxılmasına dəstək olmalarını xahiş ediblər.

Məlumat üçün bildirək ki, martın 31-də Pasxa bayramı müraciətində Roma Papası da hərbi əsirlərin azadlığa buraxılması çağırışı ilə çıxış edib.