Dünya Bankı və Fransa İnkişaf Agentliyinin dəstəyilə Gürcüstan insan kapitalı proqramını həyata keçirməyə başlayıb
Dünya Bankı və Fransa İnkişaf Agentliyinin dəstəyilə Gürcüstan səhiyyə, təhsil və sosial müdafiəyə sərmayə qoymaqla ölkənin iqtisadi potensialını artırmaq məqsədi daşıyan insan kapitalı proqramına bu gün rəsmi olaraq başlayıb.
Dünya Bankında söhbətin müəssisənin Gürcüstanla 30 illik tərəfdaşlıq dövründə həyata keçirdiyi çoxşaxəli investisiyadan getdiyini və bunun, həm də insan kapitalının inkişafının hər üç kritik sahəsinə hərtərəfli diqqət yetirən ilk layihə olduğunu bildiriblər.
İnsan kapitalı proqramına dəstək olaraq Dünya Bankı 400 milyon ABŞ dolları dəyərində investisiya ayırıb, Fransa İnkişaf Agentliyi (AFD) isə 100 milyon avro məbləğində müştərək maliyyələşdirməni təmin edib.
Bu gün proqramın başlanmasına həsr olunmuş tədbirdə müştərək maliyyələşdirmə sazişinin rəsmi imzalanma mərasimi keçirilib.
Fransa İnkişaf Agentliyinin direktoru Rapael Joza rəhbərlik etdiyi müəssisənin Gürcüstanda insan kapitalının inkişafına 100 milyon avro xərclədiyini bildirib.
O, 2018-ci ildən Fransanın səhiyyə və sosial rifah sektorunda Gürcüstan hökuməti ilə əməkdaşlıq etdiyini qeyd edib.
“Biz məcburi köçkünlər üçün psixi sağlamlıq , sosial norma və standartların inkişafı üçün hökumətlə birlikdə işləyirik. Biz hökumətlə daha çox iş görmək istəyirik, çünki sosial rifah ölkədəki işimizin əsasını təşkil edir. Hökumət bizimlə işləməyə razıdır, lakin tərəfdaşlar arasında daha çox koordinasiya olması üçün biz metodu dəyişmək istəyirik. Biz Dünya Bankı ilə birgə sponsorluq edirik və komanda proqramın həyata keçirilməsində möhtəşəm iş görür. Bu, gender, iqlim dəyişikliyi və Aİ normaları baxımından əlavə dəyər gətirir, çünki biz Aİ-nin inkişaf tərəfdaşlarıyıq”- deyə Rapael Joza bildirib.