Dünya Bankı Gürcüstana koronavirus təsirinin azaldılması üçün əlavə 45 milyon avro ayıracaq
Dünya Bankı Gürcüstana koronavirus təsirinin azaldılması üçün əlavə 45 milyon avro ayıracaq

Dünya Bankının icraçı direktorlar şurası Gürcüstana “Rəqabət qabiliyyətliliyin inkişaf siyasəti tədbiri” olaraq, əlavə 45 milyon lari ayırmaq qərarını verdi.

Bu haqda məlumatı Dünya Bankının Gürcüstan ofisi yayır.

Onların dediyinə görə, Dünya Bankının əlavə maliyyələşdirilməsi Gürcüstan iqtidarına  covid-19 pandemiyası nəticəsində yarana biləcək gözlənilməz maliyyə defisitini doldurmaq üçün yardım edəcək.

“Bu ağır vəziyyətdə biz güclü partnyor olaraq, Gürcüstana maliyyə dəstəyi veririk” – dedi Dünya Bankının regional ofisinin direktoru Sebastian Molineus.