Dünya Bankı - Gürcüstan üçün 2023-cü ildə iqtisadi artım proqnozlarına 5,9 faizə, yəni artım istiqamətində düzəliş edilib
Dünya Bankı - Gürcüstan üçün 2023-cü ildə iqtisadi artım proqnozlarına 5,9 faizə, yəni artım istiqamətində düzəliş edilib

 
Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunun iqtisadi icmalını dərc edib, icmalda Gürcüstan da daxil olmaqla, region və ona daxil olan ölkələr üçün iqtisadi artım proqnozları təqdim olunub.

Hesabata əsasən, istehlak xərclərinin və investisiyaların dayanıqlığının qorunması hesabına 2023-cü ildə Gürcüstan üçün iqtisadi artım proqnozlarına 5,9 faizə, yəni artım istiqamətində düzəliş edilib.

“2022-ci ildə Gürcüstan və Ermənistan ardıcıl ikinci dəfə Avropa və Mərkəzi Asiya ölkələri arasında ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr olub”- hesabatda qeyd edilir.

Hesabata əsasən, Gürcüstan 2023-cü ilin ikinci rübündə sürətli iqtisadi artım tempini qoruyub və ötən ilin ikinci rübü ilə müqayisədə məhsul istehsalı 7,5 faizlə artıb. İstehlak xərclərinin və investisiyaların dayanıqlığının qorunması hesabına 2023-cü ildə Gürcüstan üçün iqtisadi artım proqnozlarına 5,9 faizə, yəni artım istiqamətində düzəliş edilib.

“Cənubi Qafqazda ixrac əhəmiyyətli dərəcədə artırdı və qlobal qiymətlərin azalmasından sonra xam metal ixracının azalmasına baxmayaraq, Gürcüstanda avtomobillərin təkrar ixracındakı “bum” ixracın ikirəqəmli artımına səbəb oldu.

Son aylarda pul köçürmələrinin axını azalsa da, sabit qalıb.

Cənubi Qafqaz ölkələri deflyasiya baxımından Avropa və Mərkəzi Asiya regionunda liderlik edir. Yerli valyutanın möhkəmlənməsi ilə birlikdə ərzaq və enerji idxalının qiymətlərinin kəskin azalması inflyasiya dinamikasının əsas müəyyənedicisidir.

Gələcək perspektivə Rusiyadan pul vəsaitlərinin və pul köçürmələrinin yavaşlaması, qlobal iqtisadi artımın zəifləməsi, təkrar ixraca əlavə məhdudiyyətlər və maliyyə şərtlərinin gözləniləndən daha uzun sərtləşməsi də daxil olmaqla müxtəlif mənfi risklər təsir edə bilər” – deyə hesabatda qeyd olunub.