Dünya Bankı 2022-ci ildə Gürcüstanda yenidən 5,5 faiz iqtisadi artım proqnozlaşdırır
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun sözlərinə görə, bir neçə ay əvvəl Gürcüstanın 2022-ci il üçün iqtisadi artım proqnozunu 5,5 faizdən 2,5 faizə azaldıblar.
Lakin, Sebastian Molineusun izahatına görə, birinci rübdə kifayət qədər yaxşı artım tempi qeydə alınıb və bu səbəbdən də cari il üçün iqtisadi artım proqnozu yenidən müəyyən edilir.
Sebastian Molineus, Gürcüstanda yenidən 5,5 faiz iqtisadi artım proqnozlaşdırdıqlarını bildirir.
“İqtisadi artım proqnozunun azaldılmasına səbəb Ukraynadakı müharibə ilə bağlı böyük qeyri-müəyyənlik, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqi və bu sanksiyaların müxtəlif kanallar, o cümlədən köçürmələr, yüksək inflyasiya və ticarətə vurulan zərbələrdən Gürcüstan iqtisadiyyatına təsiri olub. Biz Gürcüstan iqtisadiyyatının inanılmaz möhkəmlik və dayanıqlılıq nümayiş etdirdiyini gördük. Birinci rübdə kifayət qədər yaxşı artım tempinə şahid olduq, ona görə də indi bu ilki artım tempini yenidən müəyyən edirik. Biz ilin əvvəlində ehtimal etdiyimiz kimi, Gürcüstan iqtisadiyyatının 5,5 faiz artacağını proqnozlaşdırırıq”-deyə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus bildirib.