Dünən xəsarət alan uşaqları fəvvarədən çıxaran "Ekoservis Qrupunun" əməkdaşı faciəvi hadisəni xatırlayır
Dünən xəsarət alan uşaqları fəvvarədən çıxaran “Ekoservis Qrupunun” əməkdaşı faciəvi hadisəni xatırlayır.
Devi Mezurnişvilinin bəyan etdiyinə görə, Vake Parkında fəvvarənin ətrafına toplaşan insanlar yardım diləyirdilər, yerində gedəkən isə, fəvvarə hovuzunda olan üç uşağı gördü.
“İnsanlar yadım diləyirdilər. O əraziyə yaxın idim və səsi eşidən kimi gəldim. Hovuza girdim. Gördüm üç uşaq düşmüşdü. Onları çıxarmağa çalışdım. Bacardığımı etdim. Bu vaxt ərzində fəvvarədə də söndü. Bir qızın çıxarılması gecikdi, iki uşağı çıxarana kimi və onun çıxarılmasında çətinlik çəkirdim, çünki cərəyan hiss olunurdu. Vaxt itdi. Hər cür yardım etdik, nəyi də edə bilərdiksə. Bir çox insan toplaşmışdı. Hamı yardıma çalışırdı. Bu vaxta kimi artıq təcili tibbi yardım da gəldi”, – Mezurnişvili bəyan etdi.