Dünən gördüyümüz və eşitdiklərimiz tamamən iyrənc və amoral bir hərəkət və eyni zamanda, məqsədyönlü provokasiya idi
Dünən gördüyümüz və eşitdiklərimiz tamamən iyrənc və amoral bir hərəkət və eyni zamanda, məqsədyönlü provokasiya idi

Dünən gördüyümüz və eşitdiklərimiz tamamən iyrənc və amoral bir hərəkət və eyni zamanda, məqsədyönlü provokasiya idi, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze, dünən “Rustavi-2” kanalının “Postskriptum” verlişinin aparıcısı Giorgi Qabunianın monoloqu ilə bağlı verdi.

“Bu “Milli Hərəkat”-ın və onun rəhbəri tərəfindən gürcü xalqına qarşı edilən ilk aqressiya deyil. Belə aqressiyaların məqsədi isə, Gürcüstanda qarışıqlıq və destabilizasiya yaratmaq və milli maraqlarımıza zərər verməkdir. Onlara demək istəyirəm ki, boşuna ssenarilər hazırlamasınlar, çünki onların ssenariləri Gürcüstanda həyata keçirilə bilməyəcək” – dedi Mamuka Baxtadze.

Baş nazirin dediyinə görə, iqtidar nümayəndələri, belə vəziyyətdə gərəkən bəyanatları verdilər.

“Buna verdiyimiz yeganə dəyərləndirmə odur ki, gürcü xalqı bu destruktiv qüvvənin əsl məqsədinin nə olduğunu yenə bir dəfə gördü” – dedi baş nazir.