Dünən gecə İsrailin Qəzzanın Xan Yunis şəhərinə endirdiyi hava hücumunda ən azı 26 fələstinli həlak olub

14:07, 25.10.2024

Ötən gecə İsrail Qəzza şəhəri Xan Yunisə hücum edib. Hava hücumu nəticəsində ən azı 26 fələstinli həlak olub. Ölənlər arasında uşaqlar da var.

İsrailin hücumu qaçqın düşərgəsi də daxil olmaqla, Xan Yunisin bir neçə istiqamətində həyata keçirilib.

İsrailin məlumatına görə, hərbçilər Qəzzanın cənubuna havadan və qurudan hücumlarını davam etdirir.

Oxşar