Dünən qaya kütləsinin çökdüyü Şiomğvime monastırının yaxınlığında vəziyyət necədir?
Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu dünən Şiomğvime monastırının yaxınlığında, qaya kütləsinin çökdüyü ərazidə olub. Hazırda monastırın sağ tərəfinə düşmüş kütlənin çıxarılması işləri aparılır.
Eyni zamanda geoloqlar da tədqiqat aparırlar. Milli Ətraf Mühit Agentliyinin geoloqlar qrupunun ilkin qiymətləndirməsinə görə, Şiomğvime monastırının şimalındakı yamacda müxtəlif tərkibli kütlə (qum daşları, konqlomeratlar) anidən dağılıb, çökən kütlə yaxınlıqdakı dərəyə aşıb və bu mərhələdə təhlükə minimaldır.
Mövcud məlumata görə, yekun nəticə yaxın vaxtlarda açıqlanacaq.