Duman və görmə məsafəsinin pisləşməsi səbəbilə Tbilisi Beynəlxalq Hava Limanında hələ də ləngimə var
Duman və görmə məsafəsinin pisləşməsi səbəbilə Tbilisi Beynəlxalq Hava Limanında hələ də ləngimə var.
Tbilisi Beynəlxalq Hava Limanından verilmiş məlumatda “Qatar Airlines”in Doha-Tbilisi reysinin yerinə yetirilmədiyi və təyyarənin Yerevana eniş etdiyi, “Azimut” aviaşirkətinin Moskva-Tbilisi reysinin Kutaisiyə həyata keçirildiyi, “Jazeera Airways” in Küveyt-Tbilisi reysinin isə Yerevana həyata keçirildiyi deyilir.
“Bu mərhələdə, saat 02:00-a qədər görmə məsafəsinin 350 metr olacağı proqnozlaşdırılır ki, bu da çox aşağıdır və bu səbəbdən aviaşirkətlər ehtiyatda olan hava limanlarına enişlə bağlı qərar qəbul edirlər” – Tbilisi Hava Limanından bildiriblər.
Bu gün “Pegasus” və Türk Hava Yolları tərəfindən Tbilisiyə uçuşlar ləğv edilib, hər ikisi İstanbul-Tbilisi reysi olub.