Duman və görmə məsafəsinin pisləşməsi səbəbilə Tbilisi Beynəlxalq Hava Limanı bir neçə reysi qəbul edə bilməyib
Duman və görmə məsafəsinin pisləşməsi səbəbilə Tbilisi Beynəlxalq Hava Limanında bir neçə təyyarə eniş əməliyyatını yerinə yetirə bilməyib.
Tbilisi Beynəlxalq Hava Limanından verilən məlumata görə, onlar ehtiyatda olan hava limanlarına uçublar.
Verilmiş məlumatda “Qatar Airlines”in Doha-Tbilisi reysinin yerinə yetirilmədiyi və təyyarənin Yerevana eniş etdiyi, “Azimut” aviaşirkətinin Moskva-Tbilisi reysinin Kutaisiyə həyata keçirildiyi, “Jazeera Airways” in Küveyt-Tbilisi reysinin isə Yerevana həyata keçirildiyi deyilir.
Bu gün “Pegasus” və Türk Hava Yolları tərəfindən Tbilisiyə uçuşlar ləğv edilib, hər ikisi İstanbul-Tbilisi reysi olub.