DTX - yazda Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Qiorqi Kucoşvili sərbəst buraxılıb
Bu ilin yazında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Qiorqi Kucoşvili sərbəst buraxılıb və mərkəzi hökumətin nəzarətində olan ərazidədir-bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.
DTX-dən verilən məlumatda qanunsuz saxlanılan vətəndaşın dərhal azad edilməsi məqsədilə həm “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin malik olduğu digər vasitələrdən aktiv istifadə edildiyi deyilir.
“Qiorqi Kucoşvilinin qanunsuz həbsdən azad edilməsi məsələsi İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) formatında mütəmadi olaraq müzakirə edilib və Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara məlumat çatdırılıb.
Gürcüstanın mərkəzi hökuməti həm işğal olunmuş Sxinvali bölgəsində, həm də işğal olunmuş Abxaziyada qanunsuz olaraq saxlanılmış digər Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün aktiv fəaliyyətini davam etdirir.
Gürcüstanın işğal olunmuş bölgələri və işğal xətti boyunca həyata keçirilən destruktiv hərəkətlərə görə tam məsuliyyət işğalçı qüvvənin üzərinə düşür” – DTX-də bildirirlər.