DTX- Ukrayna tərəfinə müraciət edir, sübutları bizə vermələrinə çağırırıq, əks halda bəyanat dezinformasiya hesab olunacaq və Gürcüstanda daxili iğtişaşları təşviq etmək məqsədi daşıyacaq
DTX- Ukrayna tərəfinə müraciət edir, sübutları bizə vermələrinə çağırırıq, əks halda bəyanat dezinformasiya hesab olunacaq və Gürcüstanda daxili iğtişaşları təşviq etmək məqsədi daşıyacaq

 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin bəyanatı ilə bağlı bəyanat yayır.

DTX Ukrayna tərəfinə müraciət edərək, hüquqi reaksiya verilməsi məqsədi ilə məlumatı təsdiqləyən sübutları dərhal verməyə çağırır.

Bununla yanaşı, qurumdan da qeyd olunduğu üzrə, Gürcüstan hakimiyyəti bu cür cinayətin istənilən mümkün halı ilə əlaqədar güzəştə getməyəcək.

“Ukrayna hərbi kəşfiyyatı tərəfindən guya Gürcüstanın xüsusi xidmət orqanlarının Gürcüstan ərazisindən keçməklə, qaçaqmalçılıq yoluyla malların keçirilməsini təşkil etmək məqsədilə Rusiya Federasiyasının müvafiq xidmətləri ilə məxfi əlaqəsinin olmasına dair məlumat yayıldı.

Bu hərəkət Gürcüstan qanunvericiliyinə əsasən xüsusilə ağır cinayətdir. Ukrayna tərəfinə müraciət edirik, hüquqi reaksiya verilməsi üçün bu məlumatı təsdiqləyən sübutları dərhal bizə verməyə çağırırıq. Gürcüstan hakimiyyəti bu cür cinayətin istənilən mümkün halı ilə əlaqədar güzəştə getməyəcək.

Buradaca qeyd etmək istərdik ki, dünən Dövlət Təhlükəsizlik Xidməti məlumat mübadiləsi məqsədilə Ukraynanın Gürcüstandakı səfirliyinin nümayəndəsi ilə görüşüb. Görüş çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti bu məlumatın yayılmasının əsasları ilə maraqlanıb və məsələ ilə bağlı ətraflı məlumatın paylaşılmasını xahiş edib.

Ukrayna tərəfinə xatırlatmaq istərdik ki, bu cür məlumatların mübadiləsi bir sıra dövlətlərarası müqavilələrdə nəzərdə tutulub.

Əks təqdirdə, yayılmış bəyanat əvvəlcədən düşünülmüş dezinformasiya, bilərəkdən və ya bilməyərəkdən yalnız Gürcüstana düşmən olan qüvvələrin maraqlarına xidmət edəcək ölkədə daxili iğtişaşları təşviq etməyə yönəlmiş son dərəcə qeyri-dost və təxribat xarakterli addım hesab olunacaq”- deyə DTX-nin bəyanatında deyilir.