DTX Tədris Mərkəzinin təşkilatçılığı ilə "Təhlükəsizlik Yay Məktəbi" layihəsi başladı
Dövlət Təhlükəsizliyi Xidmətinin Tədris Mərkəzinin təşkilatçılığı ilə “Təhlükəsizlik Yay Məktəbi” layihəsi başladı. Layihə Böyük Britaniya Səfirliyinin dəstəyi ilə həyata keçirilir.
DTX-nin mətbuat xidmətinin məlumatına görə, yay məktəbinin ilk gününü Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, Şengeli Pitsxelauri açdı və məktəbin iştirakçı tələbələri ilə mühazirə keçirdi. Şengeli Pitsxelauri təhlükəsizlik sahəsi və mühafizə xidmətinin strukturu haqqında danışdı və tələbələrin suallarını cavablandırdı. Layihədə Gürcüstanın müxtəlif bölgələrinin özəl və dövlət Universitetlərinin tələbələri iştirak edirlər. Gürcüstan və xarici ekspertlər məktəb iştirakçılarına beynəlxalq, bölgə və milli təhlükəsizlik çağırışları haqqında praktiki və nəzəri təlimlər keçirəcəklər.
Layihənin partnyorları Gürcüstanın Ədliyyə Nazirliyi və Təhsil və Elm Nazirliyidir. Təhlükəsizlik məktəbi ikinci dəfədir ki, Ğvarelidəki Ədliyyə Tədris Mərkəzində keçirilir və avqustun 5-də başa çatacaq.